Azərbaycan yığması Avropa çempionatının qrup mərhələsində keçirdiyi görüşlərinin hamısında uduzub
02.06.2008 - 09:50
Azərbaycan yığması Avropa çempionatının qrup mərhələsində keçirdiyi görüşlərinin hamısında uduzub
Bakı. Kənan Həsənov - APA-Sport. Sloveniyanın Maribor şəhərində kişi voleybolçular arasında Avropa çempionatının qrup mərhələsinə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, Sahib Əliyevin rəhbərlik etdiyi Azərbaycan milli komandası yarışı qələbə və set qazanmadan başa vurub. Turnirin Hollandiyanın Rotterdam şəhərində təşkil olunan birinci dövrəsində meydan sahibləri, Sloveniya və Latviyaya 0:3 hesabı ilə uduzan komandamız ikinci dövrədə də qələbə qazana bilməyib və qrup sonuncusu olub. Avropa çempionatının final mərhələsinə maksimum nəticə ilə Hollandiya yüksəlib. İkinci yeri tutan Sloveniya isə pley-offda oynamaq hüququ qazanıb.
0