Azərbaycanın voleybol yığması Avropa çempionatının qrup mərhələsini ikinci yerdə başa vurub
09.06.2008 - 09:46
Azərbaycanın voleybol yığması Avropa çempionatının qrup mərhələsini ikinci yerdə başa vurub
Bakı. Kənan Həsənov - APA-Sport. İspaniyanın Kaseras şəhərində qadın voleybolçular arasında Avropa çempionatının qrup mərhələsinin ikinci dövrəsinin oyunları başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, Faiq Qarayevin başçılıq etdiyi Azərbaycan milli komandası C qrupundan turnirin final mərhələsinə birbaşa yüksələ bilməyib. Buna səbəb yığmamızın meydan sahiblərinə gərgin mübarizədə 2:3 hesabı ilə uduzmasıdır. Keçirdiyi 6 oyundan 11 xal toplayan İspaniya Avropa çempionatının final mərhələsinə yüksəlib. Komandamız Rumıniya (3:2) və Makedoniyanı (3:0) məğlub etməklə, qrupu 10 xalla ikinci pillədə başa vurub və pley-off mərhələsində oynamaq hüququ qazanıb. Yığmamızın sentyabrın 6/7-də və 13/14-də keçiriləcək pley-off mərhələsində rəqibi F qrupunda (Türkiyə, Yunanıstan, Çernoqoriya, İsrail) ikinci yeri tutan komanda olacaq.
0