Azərbaycan yığması Avropa çempionatının pley-off mərhələsində Yunanıstanla qarşılaşacaq
17.06.2008 - 09:43
Azərbaycan yığması Avropa çempionatının pley-off mərhələsində Yunanıstanla qarşılaşacaq
Bakı. Kənan Həsənov - APA-Sport. Qadınlardan ibarət Azərbaycan voleybol milli komandasının Avropa çempionatının pley-off mərhələsində qarşılaşacağı rəqib müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, Faiq Qarayevin başçılıq etdiyi yığmamız F qrupunda 10 xalla ikinci olan Yunanıstanla oynayacaq. İlk görüş sentyabrın 6/7-də Bakıda, cavab matçı 13/14-də Yunanıstanda keçiriləcək.
Qeyd edək ki, B qrupunda mübarizə aparan milli komandamız da 10 xalla ikinci yeri tutaraq, Avropa çempionatının final mərhələsinə birbaşa yüksələ bilməyib.
0