Yelena Şabovta Türkiyənin ən titullu voleybol klubuna menecer təyin edilib - FOTO
25.08.2008 - 17:00
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın voleybol yığmasının sabiq üzvü Yelena Şabovta menecerlik fəaliyyətinə başlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, iki il öncə karyerasını başa çatdıran 39 yaşlı həmyerlimiz bu vəzifəni Türkiyənin ən titullu klubu “Əczaçıbaşı”da yerinə yetirəcək. Y. Şabovta ilə komanda rəhbərliyi arasında bu gün müqavilə imzalanıb. Voleybolçumuz 1998-2000-ci illər aralığında Ankara klubunun şərəfini qoruyub. O, “Əczaçıbaşı”nın heyətində iki dəfə Türkiyə çempionu və kubokunu, Avropa Voleybol Konfederasiyasının kubokunu qazanıb.
Qeyd edək ki, milli komandamızın digər keçmiş üzvü İnessa Qorxmaz hazırda karyerasını “Əczaçıbaşı”da davam etdirir.
Qeyd edək ki, milli komandamızın digər keçmiş üzvü İnessa Qorxmaz hazırda karyerasını “Əczaçıbaşı”da davam etdirir.
0
0