Azərbaycan - Yunanıstan oyununu rusiyalı hakimlər idarə edəcəklər
28.08.2008 - 14:35
Azərbaycan - Yunanıstan oyununu rusiyalı hakimlər idarə edəcəklər
Bakı. Kənan Həsənov - APA-Sport. Avropa Voleybol Konfederasiyası qadınlar arasında Avropa çempionatının üçüncü təsnifat mərhələsinin oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, sentyabrın 7-də Quba Olimpiya Kompleksində keçiriləcək Azərbaycan - Yunanıstan görüşünə rusiyalı hakimlər təyinat alıblar. Qarşılaşmanın baş hakimi Rusiyada yaşayan soydaşımız Ravil Səmədov olacaq. Ona həmyerlisi Andrey Zinoviç kömək edəcək. A. Zinoviç Pekin Olimpiadasının finalında Braziliya və ABŞ-ın qadınlardan ibarət yığmalarının görüşündə də baş hakimin köməkçisi vəzifəsini icra edib. Qarşılaşmanın komissarı isə İnara Brokane (Latviya) olacaq.
Qeyd edək ki, Azərbaycan və Yunanıstan yığmaları arasında cavab matçı sentyabrın 14-də Afinada baş tutacaq.
0