Azərbaycan çempionu Tiflisdə qələbəyə həsrət qaldı
10.10.2008 - 09:56
Azərbaycan çempionu Tiflisdə qələbəyə həsrət qaldı
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın “NTD Servis Devon” basketbol klubu Tiflisdə təşkil olunan beynəlxalq turnirdə uğursuzluğa düçar olub. “APA-Sport”un məlumatına görə, gürcüstanlı mütəxəssis Nuqzar Kandelakinin rəhbərlik etdiyi komandamız keçirdiyi üç oyunda qələbə qazana bilməyib.

“NTD Servis Devon” müvafiq ardıcıllıqla “Dinamo”ya 75:79, Tiflis Dövlət Universitetinin komandasına 93:94 və “Rustavi” klubuna 77:97 hesabı ilə uduzub.

Qeyd edək ki, sonuncu Azərbaycan çempionatının qalibi bir neçə gün sonra Gürcüstan çempionatında mübarizəyə qoşulacaq. “NTD” kimi qeydiyyatdan keçən kollektiv Tiflis şəhərini təmsil edəcək.
0