Şimali Kipr Türk Cümhuriyyətinin voleybol yığması Bakıya gəlir
23.10.2008 - 15:10
Şimali Kipr Türk Cümhuriyyətinin voleybol yığması Bakıya gəlir
Bakı. Kənan Həsənov - APA-Sport. Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) qadınlardan ibarət voleybol yığması Bakıya gələcək. “APA-Sport”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səfər Azərbaycan Voleybol Federasiyasının dəvətinə əsasən reallaşacaq.

Qonaqların Bakıda milli komandanın baza klubu “Azərreyl” başda olmaqla, digər kollektivlərlə yoxlama görüşləri keçirməsi nəzərdə tutulub.

ŞKTC yığmasının heyətində Bakıya baş məşqçi Camal Konnolunun rəhbərliyi altında 12 voleybolçu gələcək. Nümayəndə heyətinə isə bu ölkənin Voleybol Federasiyasının prezidenti Ənvər Kaya rəhbərlik edəcək.
0