Yığmamızın kapitanı albanlarla oyunda meydana çıxacaq
29.10.2008 - 16:55
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın kişilərdən ibarət voleybol yığması dünya çempionatının birinci qrup mərhələsində tam heyətlə mübarizə apara biləcək. Bu haqda “APA-Sport”a komandanın rəisi Nazim Allahverdiyev məlumat verib.
Onun sözlərinə görə, Sabir Əliyevin rəhbərliyi altında hazırlaşan yığmanın məşq prosesinə kapitan Fərid Cəlalov da qatılıb. Ayağından ciddi cərrahiyyə əməliyyatı keçirən gənc voleybolçu dekabrda Bakıda təşkil olunacaq oyunlara kimi tam hazır olacaq.
Qeyd edək ki, D qrupunda yer alan yığmamız Albaniya, Moldova və Çernoqoriya ilə qarşılaşacaq. Turnirin ikinci mərhələsinə yalnız qrup qalibi vəsiqə qazanacaq. Dünya çempionatının final mərhələsi isə 2010-cu ildə İtaliyada təşkil olunacaq.

0
0