Voleybolçularımız ciddi sınaq qarşısında
01.11.2008 - 11:20
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın qadınlardan ibarət voleybol klubları noyabrın 4-dən etibarən qitə miqyaslı turnirlərdə mübarizəyə başlayacaqlar. “APA-Sport”un məlumatına görə, təmsilçilərimizin iştirakı ilə keçiriləcək oyunlara təyinat alan hakimlərin adları artıq açıqlanıb.
Tarixində ilk dəfə CEV kubokunda yarışacaq “Azərreyl” noyabrın 4-də Quba Olimpiya Kompleksində, bundan 9 gün sonra isə Hollandiyada “Lonqa 59” klubu ilə qarşılaşacaq. Bu oyunları müvafiq ardıcıllıqla Mixail Temelis (Yunanıstan)/Zdenek Qrabovski (Çexiya) və Qonsalo Sançes (İspaniya)/Peter Yeunen (Belçika) hakimlər dueti idarə edəcəklər.
Noyabrın 5-də isə “Çelenc kuboku” turnirindəki təmsilçilərimiz mübarizəyə qoşulacaqlar. “İqtisadçı”nın Qubada AEL (Kipr) klubu ilə duelinə Yozef Tomsani (Slovakiya) ilə Dəniz Dəmir (Türkiyə) təyinat alıblar. Noyabrın 11-də Limasol şəhərində təşkil olunacaq cavab matçında isə ədaləti qorumaq rumıniyalı referilər - Luçian Vladla Nikolae Kristeaya tapşırılıb.
Bu turnirdəki digər təmsilçimiz “Rabitə” klubu ilk oyunu Finlandiyada “Viesti”yə qarşı keçirəcək. Görüşün baş hakimi Andreas Mifredal (Norveç) olacaq. Ona polşalı həmkarı Qjeqoj Kler kömək edəcək. Rəqiblər arasında noyabrın 13-də Qubada baş tutacaq cavab matçına isə Nikolay Knijnikov (Rusiya)/Əli Bağde (Türkiyə) hakimlər cütlüyü təyinat alıb.

0
0