Natalya Parxomenkonu məyus etdi
03.11.2008 - 12:00
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin qadınlar arasında voleybol Superliqasının IV turu başa çatıb. “APA-Sport”un məlumatına görə, hesabat turunun mərkəzi oyunu Azərbaycan yığmasının üzvlərinin çıxış etdiyi klubların dueli ilə diqqət çəkib.
Natalya Məmmədovanın şərəfini qoruduğu “Türk Telekom” Ankarada Valeriya Korotenko və Oksana Parxomenkonun yer aldığı “Fənərbaxça Acibadem”i qəbul edib. Gərgin mübarizəyə səhnə olan görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Əsas heyətdə mübarizə aparan Məmmədovanın oyunu üç, meydanda az vaxt keçirən Parxomenkonun oyunu isə bir ulduzla qiymətləndirilib. Korotenko ardıcıl ikinci matçda iştirak etməyib.
Qeyd edək ki, dörd oyundan sonra turnir cədvəlinə 11 xalla “Beşiktaş” başçılıq edir. Liderdən bir xal geri qalan 2-ci, hesabında cəmi 6 xal olan “Fənərbaxça Acibadem” 8-ci pillədə qərarlaşıb.

0
0