Voronov Azərbaycan yığmasını çalışdırmaqdan imtina etdi
03.11.2008 - 16:46
Bakı. Kənan Həsənov - APA-Sport. Georgi Voronov Azərbaycanın qadınlardan ibarət həndbol yığmasını çalışdırmaqdan imtina edib. “APA-Sport”un məlumatına görə, buna ABU-nun və milli komandanın sabiq baş məşqçisinin bütün diqqətini hazırda işlədiyi “Qaliçanka” klubuna yönəltmək istəyi səbəb olub.
Ukraynalı mütəxəssis yığmamızın Avropa çempionatının qrup mərhələsində və tələbələrin dünya çempionatında uğursuz çıxışı ucbatından vətəninə qayıdıb. Federasiya rəhbərliyi onunla yeni müqavilə imzalamadığından Voronov “Qaliçanka” klubunun təklifini qəbul edib.
Qeyd edək ki, bundan sonra yığmanı mötəbər turnirlərə olimpiya çempionu Rəfiqə Şabanova ilə köməkçisi Konstantin Ruvinski hazırlayacaq. Həndbolçularımız bu mütəxəssislərin rəhbərliyi altında noyabrın 10-da ilk toplanışını keçirəcək.

0
0