“İqtisadçı” udur, “Rabitə” uduzur
06.11.2008 - 10:43
“İqtisadçı” udur, “Rabitə” uduzur
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın qadınlardan ibarət voleybol klubları “Çelenc kuboku” turnirində ilk görüşlərini keçiriblər. “APA-Sport”un məlumatına görə, təmsilçilərimizin bu yarışda debütünü uğurlu saymaq mümkündür.

Belə ki, “İqtisadçı” Quba Olimpiya Kompleksində Kiprin AEL klubu üzərində inamlı qələbə qazanıb. Komandamız ardıcıl üç setdə rəqibindən güclü olub - 29:27, 25:23, 25:22. Tərəflər arasında cavab matçı noyabrın 12-də Limasol şəhərində təşkil olunacaq.

Turnirdəki digər təmsilçimiz “Rabitə” isə Finlandiyada “Viesti” klubunun qonağı olub. Voleybolçularımız ilk iki setdə qələbə qazansalar da, bu üstünlüklərini sonadək qoruya bilməyiblər - 2:3 (25:22, 26:24, 24:26, 18:25, 11:15). “Rabitə” cavab matçını noyabrın 13-də Qubada keçirəcək.


0