Korotenko və Parxomenko Belçikada sevindi
06.11.2008 - 11:57
Korotenko və Parxomenko Belçikada sevindi
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan yığmasının üzvləri Valeriya Korotenko və Oksana Parxomenkonun çıxış etdikləri “Fənərbaxça Acibadem” klubu Avropa Voleybol Konfederasiyasının (CEV) kubokuna qələbə ilə başlayıb. “APA-Sport”un məlumatına görə, İstanbul təmsilçisi Belçikada yerli “Datovoc”dan üstün olub.

Tongeren şəhərində keçirilən görüş “Fənərbaxça Acibadem”in 3:0 (25:18, 25:17, 25:10) hesablı qələbəsi ilə yekunlaşıb. Türkiyə Superliqasının son iki turunda çıxış etməyən Korotenko bu dəfə əsas heyətdə mübarizə aparıb. Parxomenko isə fasilələrlə meydanda olub.

Qeyd edək ki, tərəflər arasında cavab matçı noyabrın 12-də İstanbulda baş tutacaq.


0