Natalya Məmmədova səviyyəsini göstərdi
07.11.2008 - 12:14
Natalya Məmmədova səviyyəsini göstərdi
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın voleybol yığmasının lideri Natalya Məmmədovanın şərəfini qoruduğu “Türk Telekom” Çempionlar Liqasında uğurlu start götürüb. “APA-Sport”un məlumatına görə, B qrupunda yer alan Türkiyə təmsilçisi paytaxt Ankarada İspaniyanın “Tenerife” kollektivini üstələyib.

1500 azarkeşin izlədiyi və 92 dəqiqə davam edən görüş meydan sahiblərinin 3:1 (25:12, 22:25, 25:21, 25:23) hesablı qələbəsi ilə başa çatıb. Əsas heyətdə mübarizə aparan Məmmədova 16 xalla komandasının ən məhsuldar voleybolçusu olub. Rəqib düşərgədə isə Türkiyə yığmasının lideri Neslihan Darnel 22 xal toplayıb.

Qeyd edək ki, “Türk Telekom” növbəti matçını Serbiyanın paytaxtı Belqradda yerli “Postar 064” klubuna qarşı keçirəcək.
0