CEV-dən Azərbaycana sərt qərar!
11.11.2008 - 11:50
CEV-dən Azərbaycana sərt qərar!
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın qadınlardan ibarət “İqtisadçı” voleybol klubunun “Çelenc kuboku” turnirində debüt oyunu qalmaqala səbəb olub. “APA-Sport”un məlumatına görə, buna komandamızın heyətində iki voleybolçunun qeyri-qanuni çıxış etməsi səbəb olub.

Avropa Voleybol Konfederasiyası (CEV) “İqtisadçı”nın Quba Olimpiya Kompleksində Kiprin AEL klubu üzərində qazandığı 3:0 (29:27, 25:23, 25:22) hesablı qələbəsini ləğv edib. CEV bununla yanaşı, komandamıza məğlubiyyət verib - 0:3 (0:25, 0:25, 0:25).

Qeyd edək ki, tərəflər arasında cavab matçı sabah Limassol şəhərində keçirilməlidir. Bu görüşə rumıniyalı hakimlər cütlüyü Luçian Vladla Nikolae Kristea təyinat alıblar.
0