Yığmanın üzvü “İlin kişisi” seçildi
11.11.2008 - 18:35
Yığmanın üzvü “İlin kişisi” seçildi
Bakı. Kənan Həsənov - APA-Sport. Bolqarıstanın voleybol yığmasının üzvü Plamen Konstantinov ölkəsində “İlin kişisi” seçilib. “APA-Sport”un məlumatına görə, təcrübəli voleybolçu internet vasitəsi ilə keçirilən sorğuda birinci yeri tutub.

Sorğuya qatılan təxminən 20 min respondentdən 8936-sı Konstantinovu bu ada layiq görüblər. İkinci yeri İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Dimitar Berbatov tutub. “Üçlüy”ü teatr xadimi Yavor Gırdev qapayıb.

Qeyd edək ki, Konstantinov Yunanıstanın “İraklis” klubunda legioner həyatı yaşayır. Pekin olimpiadasının startından əvvəl qanında istifadəsi qadağan olunan dərman preparatı tapılan voleybolçu yarışı tərk etmək məcburiyyətində qalmışdı. Amma ikinci testin nəticəsi onun təmiz olduğunu üzə çıxarmışdı.


0