“Araz” yarımfinala çıxa bilmədi
12.11.2008 - 11:10
“Araz” yarımfinala çıxa bilmədi
Bakı. Aqşin Əliyev - APA-Sport. Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan futzal üzrə UEFA kubokunun elit mərhələsinin C qrupunun oyunlarına yekun vurulub. “APA-Sport”un məlumatına görə, yarışda iştirak edən Azərbaycan çempionu “Araz” yaxşı təsir bağışlasa da, növbəti mərhələyə yüksələ bilməyib.

Belə ki, Böyükağa Hacıyevin rəhbərlik etdiyi kollektiv 6 xalla ikinci yeri tutub. Əvvəlki turlarda yerli “Nasional”(4:3) və Rusiya “Dinamo”su (2:4) ilə qarşılaşan təmsilçimiz son matçda Rumıniyanın “Odorheu” komandasını sınağa çəkib. “Araz” heç bir iddiası qalmayan rəqibini 6:4 hesabı ilə məğlub edib.

Lakin bu qələbə “Araz”ın mərhələ adlamasına yetərli olmayıb. Qrupda birinci pilləni tuta bilmədiyindən komandamız Avropanın dörd ən güclü klubu sırasına adını yazdırmağı bacarmayıb. Yarımfinala maksimum nəticə göstərən “Dinamo” vəsiqə qazanıb.

Komanda

O

Q

H

M

T

X

1.

Dinamo

3

3

0

0

13-5

9

2.

Araz

3

2

0

1

12-11

6

3.

Nasional

3

1

0

2

8-12

3

4.

Odorheu

3

0

0

3

10-15

0

0