“İqtisadçı” “Çelenc kuboku”nda mübarizəni dayandırdı
13.11.2008 - 10:37
“İqtisadçı” “Çelenc kuboku”nda mübarizəni dayandırdı
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın qadınlardan ibarət “İqtisadçı” voleybol klubu “Çelenc kuboku” turnirində mübarizəni dayandırıb. “APA-Sport”un məlumatına görə, ukraynalı mütəxəssis Vladimir Podkapayevin rəhbərlik etdiyi komandamız Kiprdə AEL klubuna uduzub.

Limasol şəhərində təşkil olunan görüş meydan sahiblərinin 3:0 (25:22, 25:19, 25:22) hesablı qələbəsi ilə yekunlaşıb. “İqtisadçı” cəmi 170 azarkeşin izlədiyi qarşılaşmada tam heyətlə mübarizə aparmayıb. Belə ki, Avropa Voleybol Konfederasiyası (CEV) ilk görüşdə sənədləri qaydasında olmadan meydana çıxan Nadejda Serbryanikova ilə İrina Ramazanovanın cavab matçında iştirakına icazə verməyib.

Qeyd edək ki, məhz bu voleybolçuların ucbatından “İqtisadçı”nın Quba Olimpiya Kompleksində qazandığı 3:0 (29:27, 25:23, 25:22) hesablı qələbəsi ləğv edilib. CEV bununla yanaşı, komandamıza texniki məğlubiyyət verib - 0:3 (0:25, 0:25, 0:25).
0