Yığmamızın sabiq baş məşqçisi Anqola çempionu oldu
13.11.2008 - 16:23
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın qadınlardan ibarət həndbol yığmasının sabiq çalışdırıcısı Valeri Pevnitski məşqçilik fəaliyyətini Afrikada davam etdirir. “APA-Sport”un məlumatına görə, gənc mütəxəssis bu yaxınlarda kişilərdən ibarət “Primero de Aqosto” klubu ilə Anqola çempionu olub.
Dörd ay əvvəl fəaliyyətə başladığını bildirən Pevnitski komandanı generalların maliyyələşdirdiyini deyib: “Mən bu klubun bütün yaş qruplarına nəzarət edirəm. Komandanı generallar maliyyələşdirirlər. Məni də sərt məşqçi imici qazandığım üçün dəvət ediblər”.
Yaxşı pul qazanan və vətəni Belarusa dönmək istəməyən Pevnitski Anqolada yerli məşqçilər üçün mühazirələr oxuduğunu vurğulayıb: “Bu işdən həzz alıram. Məni dinləmək üçün həndbolla bağlılığı olmayan mütəxəssislər də seminara qatılırlar. Mən də hər şeydən məmnunam”.
Qeyd edək ki, Pevnitski 2004-cü ildə yığmamıza baş məşqçi təyin olunub. Amma milli komandamız onun rəhbərliyi altında Avropa çempionatının final mərhələsinə yüksələ bilmədiyindən 2005-ci ilin dekabrında istefaya göndərilib.

0
0