“Azərreyl” və “Rabitə” klublarının rəqibləri müəyyənləşdi
14.11.2008 - 15:51
“Azərreyl” və “Rabitə” klublarının rəqibləri müəyyənləşdi
Təqvimə əsasən, ilk oyun 9/10/11 dekabrda İzmir şəhərində keçiriləcək. Cavab matçı isə bundan bir həftə sonra Bakıda təşkil olunacaq. Maraq üçün qeyd edək ki, Azərbaycan yığmasının sabiq üzvü Yelena Şabovta iki mövsüm əvvəl məhz “Karşıyaka”nın şərəfini qoruyub.

CEV kubokunun 1/16 finalında Hollandiya təmsilçisi “Longa 59” klubuna uduzan “Azərreyl” də mübarizəni nisbətən zəif “Çağırış kuboku” turnirində davam etdirəcək. Püşkə əsasən, Faiq Qarayevin yetirmələri Macarıstanın “Betonut-NRK” klubu ilə oynayacaq. Komandamız eyni tarixlərdə başlayacaq ilk görüşü doğma meydanda keçirəcək.




0