Azərbaycanın iki komandası Avropa kubokunda üz-üzə gələ bilər
15.11.2008 - 14:19
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın qadınlardan ibarət voleybol klublarının “Çelenc kuboku” turnirində yolu 1/4 finalda kəsişə bilər. “APA-Sport” agentliyinin məlumatına görə, bunun üçün “Azərreyl” və “Metro” ardıcıl iki mərhələ adlamalıdırlar.
Avropa Voleybol Konfederasiyasının (CEV) kubokunda mübarizəni dayandıran “Azərreyl”
dekabrda “Çelenc kuboku”nun 1/6 finalında Macarıstanın “Betonut-NRK” klubu ilə qarşılaşacaq. Bu turnirdə ilkin mərhələni dəf edən “Rabitə”nin rəqibi isə “Karşıyaka” (Türkiyə) olacaq. Hər iki təmsilçimiz bu və 1/8 final səddini adlayacağı təqdirdə 1/4 finalda üz-üzə gələcəklər. Bu mərhələnin qalibi isə “Çelenc kuboku”nun “Dördlər finalı”nda oynamaq hüququna yiyələnəcək.

0
0