Heç nəyə yaramayan ulduzlar
17.11.2008 - 11:32
Heç nəyə yaramayan ulduzlar
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyədə qadınlar arasında voleybol Superliqasında VI turun görüşləri keçirilib. “APA-Sport”un məlumatına görə, hesabat turu Natalya Məmmədovanın şərəfini qoruduğu “Türk Telekom” üçün uğursuz alınıb.

Paytaxt Ankarada “Əczaçıbaşı Zentiva” klubunu qəbul edən “Türk Telekom” iddialı rəqibinə 1:3 hesabı ilə uduzub. Əsas heyətdə mübarizə aparan Məmmədova üç ulduzla komandasının ən yaxşı oyunçusu seçilib. “Fənərbaxça Acibadem” klubunun “Nilufər Bələdiyyəsi” üzərində 3:0 hesablı qələbəsində isə yalnız Valeriya Korotenkonun rolu olub. Yığmamızın kapitanı Oksana Parxomenko bu görüşdə oynamayıb.

Altı turdan sonra “Türk Telekom” 13 xalla 2-ci sırada yer alıb. Hesabında 12 xal olan “Fənərbaxça Acibadem” 5-ci pillədə qərarlaşıb.





0