“Rabitə” - “Karşıyaka” görüşünə türkiyəli hakim!
17.11.2008 - 16:27
Bakı. Kənan Həsənov - APA-Sport. Avropa Voleybol Konfederasiyası (CEV) “Çelenc kuboku” turnirinin 1/16 final mərhələsinin oyunlarını idarə edəcək hakimləri adlarını açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, təyinat alan referilər sırasında bir təmsilçimiz də var.
Bu yaxınlarda beynəlxalq hakim dərəcəsi alan Vüqar Cəfərov debüt matçına Rusiyanın Sankt-Peterburq şəhərində çıxacaq. Həmyerlimiz dekabrın 16/17/18-də yerli “Leninqradka” klubu ilə “Asteriks”in (Belçika) duelində baş hakim Yuhani Ruhonenin köməkçisi vəzifəsini yerinə yetirəcək.
Bu turnirdəki təmsilçilərimizdən “Rabitə”nin 9/10/11 dekabr tarixində İzmir şəhərində “Karşıyaka” klubu ilə görüşünə Vlatko Ristovski (Makedoniya) ilə Xristos Bantiandis (Yunanıstan) təyinat alıblar. Bu komandaların bir həftə sonra Bakıda təşkil olunacaq oyununu isə Duşan Doviçoviçlə (Slovakiya) Dəniz Dəmir (Türkiyə) idarə edəcək. Türkiyəli hakimin həmyerlilərinin oyununa təyinat alması analoqu olmayan bir hadisə kimi diqqət çəkir.
CEV kubokunda mübarizəni dayandıraraq çıxışını “Çelenc kuboku”nda davam etdirən “Azərreyl” də eyni tarixlərdə, müvafiq olaraq Bakıda və Macarıstanda meydana çıxacaq. Yığmamızın baza klubunun “Betonut-NRK” ilə görüşlərində ədaləti Tomaş Voytisek (Çexiya)/Andtrea Haas (Avstriya) və Emir Muliç (Bosniya və Hersoqovina)/Luçian-Vasile Nastase (Rumıniya) hakimlər cütlüyü qoruyacaq.

0
0