Neslihan klubunu dəyişdi
21.11.2008 - 13:13
İstanbulun “Vakıfbank Günəş Sığorta” voleybol klubu transfer “bombası”nı partladıb. Apasport.az saytının məlumatına görə, komanda heyətini Türkiyə yığmasının lideri Neslihan Darnellə gücləndirib.
Neslihan son iki mövsüm İspaniyanın “Tenerife” klubunun şərəfini qoruyub. İstedadlı voleybolçu “Vakıfbank Günəş Sığorta” ilə 18 aylıq müqavilə imzalayıb.
Türkiyə nəhəngləri “Əczaçıbaşı Zentiva” və “Fənərbaxça Acibadem” klublarının da gündəmində olan Neslihan yenidən doğma kollektivə qoşulduğu üçün sevindiyini bildirib: “Doğma komandamın formasını yenidən geyinəcəyim günü səbirsizliklə gözləyirəm. Noyabrın 24-də İstanbulda olacağam”.

0
0