Natalyanın komandası baş məşqçi axtarır
21.11.2008 - 15:16
Azərbaycanın voleybol yığmasının lideri Natalya Məmmədovanın şərəfini qoruduğu “Türk Telekom” klubu baş məşqçisiz qalıb. Apasport.az saytının məlumatına görə, bu gün komandanın çalışdırıcısı Hüseyin Doğanyüz istefaya göndərilib.
Buna, mövsümün əvvəlində heyətini gücləndirən “Türk Telekom”un sabit çıxış edə bilməməsi səbəb olub. Klub rəhbərliyi artıq yeni baş məşqçi axtarışına başlayıb.
Qeyd edək ki, 24 yaşlı Məmmədova da Ankara klubuna mövsümün əvvəlində “Volero”dan (İsveçrə) keçib.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0