Təkkə danışıqlara başlayır
24.11.2008 - 11:36
Təkkə danışıqlara başlayır
Türkiyə yığmasının sabiq futbolçusu Fatih Təkkə bu həftə gələcək taleyinə aydınlıq gətirməlidir. Apasport.az saytının məlumatına görə, Rusiya “Zenit”ində çıxış edən hücumçu klub rəhbərliyi ilə görüşüb müzakirələr aparmaq niyyətindədir. 2010-cu ilin yayınadək müqavilə ilə bağlı olan tərəflər öz arzu və şərtlərini ortaya qoymaqla qərar qəbul etməlidir.
Qeyd edək ki, Təkkənin çıxış etdiyi “Zenit” bu il Rusiya çempionatında uğursuz çıxış edərək, yalnız UEFA kubokuna vəsiqə verən 5-ci yerlə kifayətlənib.
0