Natalyanın komandası yeni baş məşqçi tapdı
27.11.2008 - 15:21
Natalyanın komandası yeni baş məşqçi tapdı
Azərbaycanın voleybol yığmasının lideri Natalya Məmmədovanın çıxış etdiyi “Türk Telekom” klubunun yeni baş məşqçisinin adı bəlli olub. Apasport.az saytının məlumatına görə, Ankara komandasının rəhbərliyi çinli mütəxəssis Linq Panqın transferini gerçəkləşdirib.

Panq hazırda ABŞ-ın qadınlardan ibarət yığmasına rəhbərlik edir. O, voleybolçu karyerasının böyük bölümünü İtaliya A seriyasına keçirib və bir neçə dəfə çempion tituluna yiyələnib. Xanım mütəxəssisin “Türk Telekom”un başında debütü noyabrın 30-da “Karşıyaka” klubu ilə görüşdə reallaşacaq.

Qeyd edək ki, Panq baş məşqçi postunda bir neçə gün öncə istefaya göndərilən Hüseyin Doğanyüzü əvəzləyəcək.
0