Parxomenko ilə Korotenko Natalyaya qoşuldular
28.11.2008 - 12:03
Parxomenko ilə Korotenko Natalyaya qoşuldular
Azərbaycanın voleybol yığmasının üzvləri Oksana Parxomenko və Valeriya Korotenkonun şərəfini qoruduqları “Fənərbaxça Acibadem” Türkiyə kubokunda mərhələ adlayıb. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi bu uğuru səfər matçında rəsmiləşdirib.

“Karşıyaka” klubunun qonağı olan “Fənərbaxça Acibadem” rəqibini 3:0 (25:20, 25:18, 25:16) hesabı ilə üstələyib. Hər iki voleybolçumuz görüşü əsas heyətdə keçirib. İstanbulluların Türkiyə kubokunun növbəti mərhələsində rəqibi qarşıdakı günlərdə müəyyənləşəcək.

Qeyd edək ki, yığmamızın lideri Natalya Məmmədovanın çıxış etdiyi “Türk Telekom”da mərhələ adlamağın sevincini yaşayıb.
0