Milli komandamız Finlandiyanı da məğlub etdi
28.11.2008 - 20:07
Qadınlardan ibarət həndbol yığmamız Çernoqoriyanın Pljevlja şəhərində təşkil olunan dünya çempionatının seçmə qrup mərhələsində üçüncü görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, ilk iki qarşılaşmada Bolqarıstan (31:26) və İtaliya (28:25) üzərində qələbə qazanan milli komandamız bir günlük fasilədən sonra bu dəfə Finlandiyanı məğlub edib - 31:25.
Rəfiqə Şabanovanın rəhbərlik etdiyi yığmamız növbəti oyununu sabah meydan sahiblərinə qarşı keçirəcək. Reqlamentə əsasən, dünya çempionatının pley-off mərhələsinə yalnız bir kollektiv vəsiqə qazanacaq.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0