Həndbolçularımız üçün hər şey bitdi
29.11.2008 - 23:40
Azərbaycanın qadın həndbolçulardan ibarət milli komandası dünya çempionatının seçmə mərhələsində mübarizəni erkən dayandırmalı olacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb yığmamızın Çernoqoriyanın Pljevlja şəhərində keçirilən qrup mərhələsində məğlubiyyətlə üzləşməsidir.
Rəfiqə Şabanovanın başçılıq etdiyi kollektiv bu gün meydan sahiblərinə uduzub - 20:41. Milli komandamız əvvəlki 3 turda maksimum nəticə göstərməsinə baxmayaraq, bir məğlubiyyət nəticəsində qrup səddini aşa bilməyib. Çünki pley-offa yalnız bir yığma vəsiqə qazanır. Həndbolçularımız məğlub olmaqla yanaşı, yarış cədvəlində zirvəni də Çernoqoriyaya təhvil veriblər.
Hazırda Azərbaycan 6 xalla 3-cü pillədə qərarlaşıb. Sabah komandamız son tur çərçivəsində yaınız top fərqinə görə, geri qaldığı Sloveniyanı sınağa çəkəcək. Qarşılaşma hər iki tərəf üçün formal xarakter daşıyır. Axırıncı turun nəticələrindən asılı olmayaraq, yeganə vəsiqəyə Çernoqoriya sahib çıxacaq.
Qeyd edək ki, yığmamız əvvəlki turlarda Bolqarıstan (31:26), İtaliya (28:25) və Finlandiyanı (31:25) üstələyib.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0