Yığmamızın heç nəyə yaramayan qələbəsi
30.11.2008 - 19:48
Çernoqoriyanın Pljevlja şəhərində qadın həndbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının seçmə qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması 8 xalla ikinci yeri tutub və qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilməyib.
Həndbolçularımız Bolqarıstan (31:26), İtaliya (28:25) və Finlandiya (31:25) üzərində qazanılan qələbələrin ardından meydan sahiblərinə uduzmuşdular (20:41). Yalnız qrup qalibinə pley-offda iştirak hüququ verildiyindən milli komandamızın axırıncı oyunu formal xarakter daşıyırdı. Buna baxmayaraq, Rəfiqə Şabanovanın yetirmələri sloveniyalı həmkarlarını 27:25 hesabı ilə üstələyiblər. Yığmamız hər hissədə rəqibdən bir top çox vurub (13:12; 14:13).
Pley-off mərhələsinə isə maksimum nəticə göstərmiş Çernoqoriya yüksəlib.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0