Həmyerlimizə 1 dəqiqə qıydılar
03.12.2008 - 11:08
Azərbaycan basketbol yığmasının lideri Aleksandr Rındinin şərəfini qoruduğu “Ural-Qreyt” klubu “Çağırış kuboku”nun qrup mərhələsində ilk qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Rusiya təmsilçisi Perm şəhərində doğma azarkeşlərini sevindirib.
Almaniyanın “Telekom Basket” klubu ilə qarşılaşan “Ural-Qreyt” startda yaxaladığı üstünlüyü sonadək əldən verməyib. Nəticədə görüş meydan sahiblərinin 82:54 hesablı qələbəsi ilə yekunlaşıb. Bir neçə gün əvvəl Rusiya superliqasında debüt edən Rındin bu görüşdə də mübarizə aparıb. Cəmi 1 dəqiqə meydanda olan həmyerlimiz bir dəqiq zərbə ilə komandasına 2 xal qazandırıb.
Qeyd edək ki, “Çağırış kuboku”nun B qrupunda yarışan “Ural-Qreyt” Fransada keçirdiyi ilk matçda yerli “Tulon” klubuna uduzub (83:94).

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0