Rəfiqə Şabanova rəsmən baş məşqi oldu
04.12.2008 - 12:00
Rəfiqə Şabanova rəsmən baş məşqi oldu
Bu gün Azərbaycan Həndbol Federasiyasının (AHF) İcraiyyə Komitəsinin (İK) iclası keçiriləcək. AHF rəsmisi İsgəndər Əsgərovun apasport.az saytına verdiyi məlumata görə, toplantıda bir sıra vacib məsələlər müzakirə olunacaq.

İK ilk növbədə milli komandaların baş məşqçilərinin təyinatını təsdiqləyəcək. Bir neçə gün öncə dünya çempionatının seçmə qrup mərhələsində mübarizə aparan qadınlardan ibarət yığma rəsmən Rəfiqə Şabanovaya tapşırılacaq. Monreal olimpiadasının qalibi olan mütəxəssis bu postdan istefa verən ukraynalı Gergi Voronovu əvəzləyəcək.

Kişilərdən ibarət milli komandanın baş məşqçi postunda isə dəyişiklik edilməyəcək. İK üzvləri bu vəzifəyə yenə Hikmət Abdullayevi təyin edəcəklər.

Toplantıda, həmçinin milli komandaların cari mövsümdə çıxışı və ölkə kuboku ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
0