“Qərb Universiteti” çempionata qatılmadı
04.12.2008 - 13:41
Dekabrın 6-da start götürəcək kişi basketbolçulardan ibarət növbəti Azərbaycan çempionatında cəmi altı komanda mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, buna “Qərb Universiteti” klubunun yarışa qatılmaqdan imtina etməsi səbəb olub.
Bir neçə dəfə Azərbaycan çempionatının gümüş və bürünc medallarını qazanan kollektiv əvvəlcə iştirakını təsdiqləsə də, sonradan bu qərarından dönüb. Universitet rəhbərliyi kollektivi maliyyə cəhətdən təmin etməkdən boyun qaçırıb.
Belə də, iki dövrədən ibarət mübarizəyə “Qala”, ABU, “Az.Top”, “Gənclik”, “Naxçıvan” və “Gəncə” klubları qatılacaqlar. Olimpiya Kompleksində təşkil olunacaq çempionata mayda yekun vurulacaq.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0