“Azərreyl”in bu gününü də gördük...
09.12.2008 - 22:42
Qadın voleybolçulardan ibarət Bakının “Azərreyl” klubu bu gün “Çağırış kuboku” turnirində ilk oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Bakı İdman Sarayında “Betonat-NRK” (Macarıstan) komandası ilə görüşən Faiq Qarayevin yetirmələri çətinliklə qələbə qazanıblar.
Hətta ölkəmizin ən güclü klubu oyunun böyük hissəsini hesabda geri qalıb. Yalnız son məqamda toparlanan voleybolçularımız zəif rəqibə güclə qalib gəliblər - 3:2 (22:25, 25:19, 16:25, 28:26, 15:12). Cavab matçı dekabrın 18-də Macarıstanda baş tutacaq.
Qeyd edək ki, “Azərreyl” CEV kubokunun 1/16 finalında Hollandiyanın “Lonqa 59” komandasına uduzduğundan, nisbətən aşağı səviyyəli turnir olan “Çağırış kuboku”na qatılıb.

0
0