Rındin: xalsız iki dəqiqə
10.12.2008 - 11:50
Azərbaycanın basketbol yığmasının lideri Aleksandr Rındinin şərəfini qoruduğu “Ural-Qreyt” klubu “Çağırış kuboku” turnirinin qrup mərhələsində ardıcıl ikinci qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Rusiya təmsilçisi Perm şəhərində istəyinə çatıb.
Kiprin “Keravnos” klubu ilə qarşılaşan “Ural-Qreyt” startda rəqibinin ciddi müqaviməti ilə üzləşsə də, matçın sonlarında inamlı qələbəyə sevinib - 85:64. Cəmi iki dəqiqə oynamaq imkanı qazanan Rındin meydanı xalsız tərk edib.
Qeyd edək ki, “Çağırış kuboku”nun B qrupunda yarışan “Ural-Qreyt” bu qələbədən sonra 5 xalla liderliyi ələ keçirib.

0
0