Azərbaycan voleybolçuları 1/4 finalın astanasında
11.12.2008 - 10:51
Azərbaycan voleybolçuları 1/4 finalın astanasında
Avropa Voleybol Konfederasiyasının (CEV) kubokunun 1/8 final mərhələsinin ilk görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvləri Oksana Parxomenko ilə Valeriya Korotenkonun çıxış etdikləri “Fənərbaxça Acibadem” səfər qələbəsinə sevinib.

Belarusun Baranoviçi şəhərində yerli “Atlant”la qarşılaşan istanbullular rəqibini məğlub ediblər – 3:1. Əsas heyətdə mübarizə aparan hər iki voleybolçumuz komandasının qələbəsində önəmli rol oynayıblar.

CEV kubokunda 1/4 finalın astanasında olan “Fənərbaxça Acibadem” rəqibini cavab matçında dekabrın 18-də İstanbulda qəbul edəcək.
0