Natalya Məmmədova “Türk Telekom”un ən bahalı transferidir
11.12.2008 - 16:01
Natalya Məmmədova “Türk Telekom”un ən bahalı transferidir
Azərbaycan voleybol yığmasının lideri Natalya Məmmədova şərəfini qoruduğu “Türk Telekom” klubunun ən bahalı transferidir. Apasport.az saytının məlumatına görə, Ankara təmsilçisi həmyerlimizin transferi üçün təxminən 330 min dollar xərcləyib.

Ötən mövsüm İsveçrənin “Volero” klubundan alınan Məmmədovanı 300 min dollar transfer dəyəri ilə amerikalı voleybolçu Taismari Aquerro izləyir. “Türk Telekom”un üçüncü ən bahalı üzvü isə 250 min dollarla Xorvatiya yığmasının üzvü Maya Polyak olub.
0