İstanbul derbisinə azərbaycansayağı müdaxilə
13.12.2008 - 14:28
Türkiyənin “Fənərbaxça” klubunun şərəfini qoruyan azərbaycanlı voleybolçular Oksana Parxomenko və Valeriya Korotenkonu çətin matç gözləyir. Apasport.az saytının məlumatına görə, həmvətənlərimiz sabah “Qalatasaray”a qarşı forma geyinəcəklər. “Sarı-lacivərdlilər” əzəli rəqibini məğlub etməklə, turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmağa çalışacaq.
Qeyd edək ki, 9 oyundan 15 xal toplayan “Fənərbaxça” hazırda 7-ci pillədə qərarlaşıb. “Qalatasaray” isə 10 xalla 8-ci yerdədir.
Qeyd edək ki, 9 oyundan 15 xal toplayan “Fənərbaxça” hazırda 7-ci pillədə qərarlaşıb. “Qalatasaray” isə 10 xalla 8-ci yerdədir.
0
0