Həmvətənlərimiz “Qalatasaray”a divan tutdular
14.12.2008 - 20:31
Azərbaycanlı voleybolçular Oksana Parxomenko və Valeriya Korotenkonun çıxış etdikləri “Fənərbaxça” klubu Türkiyə çempionatında növbəti qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, “sarı-lacivərdlilər” əzəli rəqib “Qalatasaray”a qalib gəliblər – 3:1 (25:23, 25:17, 18:25, 25:21).
Derbi gərginliyi ilə yadda qalıb. Üçüncü setdə “Fənərbaxça” və “Qalatasaray” azarkeşləri bir-birlərinin ünvanına təhqiramiz ifadələr işlətdiklərindən hakim Kadir İlbeyli oyunu dayandırıb. Analoji hal dördüncü setdə də təkrarlanıb. Bu dəfə hakim qalmaqal salan fanatların zaldan çıxarılmasını tələb edib. Nəticədə 10 azarkeş zaldan çıxarılıb və qarşılaşma 8 dəqiqəlik fasilədən sonra davam etdirilib.
Voleybolçularımızın oyununa gəlincə, həm Oksana, həm də Valeriya əla çıxış edib. Təsadüfi deyil ki, Türkiyə mətbuatı “Fənərbaxça”nın heyətində həmvətənlərimiz daxil olmaqla, cəmi 3 voleybolçunun oyununu 3 ulduzla qiymətlənidirib. Qələbə sayəsində “Fənərbaxça” 5-ci pilləyə yüksəlib.

0
0