Natalya “Beşiktaş”ı çökdürüb, ən yaxşı seçildi
15.12.2008 - 11:46
Türkiyənin qadınlar arasında voleybol superliqasında X turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın lideri Natalya Məmmədovanın çıxış etdiyi “Türk Telekom” doğma meydanda növbəti qələbəsini qazanıb.
Ankarada “Beşiktaş” klubunu qəbul edən “Türk Telekom” bu prinsipial qarşılaşmadan 3:0 hesablı qələbə ilə ayrılıb. Əsas heyətdə mübarizə aparan Məmmədova komandasının uğurunda önəmli rol oynayıb. Təsadüfi deyil ki, həmyerlimiz 4 ulduzla matçın ən yaxşı voleybolçusu seçilib.
“Türk Telekom” bu qələbə sayəsində superliqanın lideri “Əczaçıbaşı Zentiva” (25 xal) ilə xal fərqini minimuma endirib. İstanbul derbisində “Qalatasaray”ı məğlub edən, Oksana Parxomenko və Valeriya Korotenkonun şərəfini qoruduqları “Fənərbaxça Acibadem” 18 xalla 7-ci pillədə qərarlaşıb.

0
0