Püşk voleybolçularımızı üz-üzə qoydu
15.12.2008 - 18:05
Bu gün qadın voleybolçular arasında Türkiyə kubokunun yarımfinal mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, püşk Azərbaycan milli komandasının üzvlərini üz-üzə qoyub.
Natalya Məmmədovanın çıxış etdiyi “Türk Telekom” Valeriya Korotenko və Oksana Parxomenkonun şərəfini qoruduqları “Fənərbaxça Acibadem”lə qarşılaşacaq. İlk oyun yanvarın 27-də, cavab matçı fevralın 3-də təşkil olunacaq. Bu görüşlərdə bərabərlik qeydə alınarsa, fevralın 25-də üçüncü oyun keçiriləcək.
Qeyd edək ki, digər yarımfinal cütünü yığmamızın sabiq üzvü Yelena Şabovtanın meneceri olduğu “Əczaçıbaşı Zentiva” klubu ilə “Vakıfbank Günəş Sıgorta” formalaşdırıb. Türkiyə kubokunun final matçı isə martın 18-də baş tutacaq.

0
0