Azərbaycanın ən güclü klubunun Çempionlar Liqasında antirekordu yeniləndi
18.12.2008 - 10:56
Qadın voleybolçular arasında Çempionlar Liqasında yeni antirekord müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu, Fransada yerli “Myuluz” və Türkiyənin “Əczaçıbaşı Zentiva” klublarının oyununda qeydə alınıb.
Belə ki, yığmamızın sabiq üzvü Yelena Şabovtanın meneceri olduğu Ankara təmsilçisi ilk setdə rəqibini 21 xal (25:4) fərqi ilə üstələyib. Oyuna gəlincə, meydan sahiblərinin ciddi müqaviməti ilə üzləşən “Əczaçıbaşı Zentiva” çətinliklə də olsa, 3:2 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, bunadək Çempionlar Liqasının antirekordu Azərbaycan yığmasının baza klubu “Azərreyl”ə məxsus idi. Faiq Qarayevin yetirmələri ötən mövsüm səfərdə Rusiyanın “Zareçye” kollektivinə ilk setdə 5:25 hesabı ilə uduzub.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0