Azərbaycan Həndbol Federasiyası ilin ən yaxşılarını seçdi
18.12.2008 - 15:12
Azərbaycan Həndbol Federasiyası 2008-ci ilin ən yaxşılarının adlarını müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, ən yaxşı qadın məşqçisi milli komandanın çalışdırıcısı, Monreal olimpiadasının qalibi Rəfiqə Şabanova seçilib.
Kişilərdən ibarət yığmaya və DİN klubuna rəhbərlik edən Hikmət Abdullayev ən yaxşı kişi məşqçi olub. Bu kollektivin üzvü Sabir Nəzərəliyev ən yaxşı kişi, Səbinə Babayeva (“Qaradağ”) ən yaxşı qadın həndbolçu seçilib.
Dünya çempionatının seçmə qrup mərhələsində ikinci yeri tutan qadınlardan ibarət yığma ilə DİN klubu isə 2008-ci ilin ən yaxşı komandaları hesab olunub. İlin ən yaxşı hakimi adına isə İsgəndər Əsgərov layiq görülüb.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0