Azərbaycan kubokunu ABU və DİN qazandı
18.12.2008 - 16:45
Qadınlardan ibarət milli komandanın baza klubu ABU növbəti dəfə Azərbaycan kubokuna sahib çıxıb. Apasport.az saytının məlumatına görə, Rəfiqə Şabanovanın başçılıq etdiyi kollektiv ötənilki analoji uğurunu bu gün finalda “Qaradağ”ı üstələməklə təkrarlayıb.
ABU bərabər mübarizə şəraitində keçən görüşün yalnız son iki dəqiqəsində əzəli rəqibinin müqavimətini qırmağı bacarıb. Son iki dəqiq zərbə ABU-nun qələbəsini rəsmiləşdirib – 26:24. Qalib komandanın heyətində Yuliya Derbayina, “Qaradağ”dan isə Səbinə Babayeva final matçının ən yaxşı oyunçuları seçiliblər.
“ABU-Arena” İdman Kompleksində həmçinin kişilər arasında kubokun qalibi müəyyənləşib. Həlledici oyunda milli komandanın baza klubu DİN “Təhsil”i gərgin mübarizədə 24:23 hesabı ilə məğlub edib. Finalın ən yaxşı oyunçuları üçün təsis olunan mükafatlar Sabir Nəzərəliyevlə Nicat Əzizova verilib.

0
0