Azərbaycan voleybolçuları ruslara qarşı
19.12.2008 - 11:03
Avropa Voleybol Konfederasiyanın (CEV) kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvləri Oksana Parxomenko ilə Valeriya Korotenkonun şərəfini qoruduqları “Fənərbaxça Acibadem” klubu bu səddi çətinlik çəkmədən adlayıb.
İstanbullular Belarusun “Baranoviçi” klubunu mübarizədən kənarlaşdırıblar. “Fənərbaxça Acibadem” səfərdə olduğu kimi, doğma meydanda da rəqibini 3:1 hesabı ilə üstələyib. Hər iki voleybolçumuz əsas heyətdə meydana çıxıb və komandasının mərhələ adlamasında önəmli rol oynayıb.
“Fənərbaxça Acibadem”in 1/4 finalda rəqibi Rusiyanın “Spartak” klubu olacaq. İlk oyun yanvarın 13, 14 və ya 15-də Omsk şəhərində, cavab matçı isə bundan bir həftə sonra İstanbulda baş tutacaq.

0
0