Yığmamızın üzvünü ölən voleybolçuya bənzətdilər
06.01.2009 - 22:44
Lüksemburqda keçirilən “Novotel Cup” turnirinin qalibi olan “Azərreyl” klubunun voleybolçusu Polina Rəhimova mükafatlandırılıb. Apasport.az saytının məlumatına görə, sərgilədiyi gözəl oyunla turnirin ən yaxşılarından seçilən milli komandamızın üzvü Lüksemburq Voleybol Federasiyası rəhbərliyinin də diqqətindən yayınmayıb. Belə ki, Denis Krivovıyın xatirə mükafatı təqdim edilib.
Xatırladaq ki, Krivovıy ötən ilin aprelində avtomobil qəzasında dünyasını dəyişib.
Mükafatlandırılma mərasimində iştirak edən Lüksemburq Voleybol Federasiyasının baş katibi Şantal Şome bildirib ki, Rəhimova göstərdiyi oyunla Denisi xatırladırdı: “Sanki Denis bu turnirdə meydanda idi”.

0
0