Sabah Qubada Azərbaycan və Albaniya yığmaları görüşəcək
08.01.2009 - 12:09
Sabah Quba Olimpiya Kompleksində kişi voleybolçulardan ibarət milli komandalar arasında dünya çempionatının birinci təsnifat mərhələsinin D qrupunun oyunları start götürəcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan, Albaniya, Moldova və Çernoqoriya yığmaları mübarizə aparacaqlar.
Təqvimə əsasən, milli komandamız ilk görüşdə Albaniyanı sınağa çəkəcək. Yanvarın 10-da Sabir Əliyevin yetirmələri moldovalı həmkarları ilə qüvvələrini sınayacaqlar. Qrupun favoriti sayılan Çernoqoriya ilə matç isə yanvarın 11-nə təyin olunub.
Yalnız qrup qalibləri növbəti seçmə mərhələyə vəsiqə qazanacaqlar. Dünya çempionatının final mərhələsi isə 2010-cu ildə İtaliyada təşkil olunacaq.

0
0