Milli komandamızın şansı qalmadı
09.01.2009 - 21:59
Milli komandamızın şansı qalmadı
Qubada kişi voleybolçular arasında 2010-cu il dünya çempionatının seçmə mərhələsinin oyunları start götürüb. Apasport.az saytının məlumatına görə, D qrupunda yer alan Azərbaycan yığması keçirdiyi ilk görüşdə Albaniya milli komandasına uduzub – 0:3 (17:25, 23:25, 31:33). Bununla da Sahib Əliyevin başçılıq etdiyi yığmamızın növbəti mərhələyə çıxmaq şansı itib. Belə ki, növbəti mərhələyə yalnız qrup birincisi vəsiqə qazanır ki, qrupun digər matçında Çernoqoriya Moldovanı asanlıqla üstələyib – 3:0.
0