0:20 hesablı texniki məğlubiyyət!
12.01.2009 - 12:23
0:20 hesablı texniki məğlubiyyət!
Basketbol üzrə Avropa Kubokunun D qrupunda yarışan İsrailin “Bney Haşaron” klubuna 0:20 hesablı məğlubiyyət verilib. Apasport.az saytının məlumatına görə, buna israillilərin yanvarın 6-da Ankarada “Türk Telekom”la matça çıxmamaları səbəb olub.

Belə ki, “Türk Telekom” - “Bney Haşaron” görüşünün əvvəlində azarkeşlər İsrail hərbi birləşmələrinin Qəzza bölgəsində fələstinlilərə qarşı apardığı əməliyyatlara etiraz ediblər. Məcburiyyət üzündən hər iki komanda meydançanı tərk edərək, paltardəyişmə otağına yollanıb. Bir neçə dəqiqədən sonra hakim basketbolçuları yenidən meydançaya çağırsa da, İsrail təmsilçisi oyunu davam etdirməkdən boyun qaçırıb.

Məhz buna görə Avropa Kubokunun Nizam-İntizam Komitəsi “Bney Haşaron”a texniki məğlubiyyət verilməsi ilə bağlı qərar çıxarıb. Üstəlik, israillilər 50 min avro cərimə ödəyəcəklər. “Türk Telekom” isə nisbətən yüngül cəzaya məruz qalıb. Ankara klubu növbəti 1 matçı tamaşaçısız oynamaqla yanaşı, 15 min avro cərimələnib.

Texniki qələbə sayəsində “Türk Telekom” 9 xalla liderliyə yüksəlib.
0